Məşhur amerikalı aktrisa rüşvətə görə həbs olundu

Baxış sayı:
1913

Hollivud ulduzu Felisiti Haffman həbs cəzası alıb. Səbəb isə qızının kollecə daxil olması üçün verdiyi rüşvət olub.

Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, "Çarəsiz evdar qadınlar" serialının ulduzunu 14 günlük həbs cəzası gözləyir.

"Associated Press" Haffmanı övladının təhsili üçün rüşvət verdiyinə görə həbs olunan ilk ulduz adlandırıb.

Artıq məhkəmə iclası baş tutub. Məhkəmədə aktrisa etiraf edib ki, bu addıma övladının qabiliyyətinə əmin olmadığı üçün gedib. 56 yaşlı ulduz həmçinin deyib: "Mən axmaq olmuşam, çox səhv etmişəm".

Məhkəmə zamanı Felisiti öz qızından, həyat yoldaşından və bütün pedoqoji kollektivdən üzr istəyib. Həmçinin o, çıxışında tələbələri və onların valideynlərini də xatırlayıb. Etiraf edib ki, böyüklər uşaqlarını dəstəkləmək üçün bəzən qurbanlar verməli olurlar.

Məhkəmə ulduzu günahkar elan edib. Çünki aktrisa öz çıxışında qanunu pozduğunu bildirib. Hakim deyib:

"Bu, ani qərar olmayıb. O, dələduzluq etdiyini bilirdi".

14 günlük həbsdən başqa, Haffmanı 30 min dollarlıq cərimə və 250 saatlıq ictimai iş gözləyir.