​Məşhur aktyordan Trampa qadağa: Restoranlarıma girməsin

Baxış sayı:
433

Hollivud ulduzu Robert De Niro restoranlar şəbəkəsinə ABŞ Prezidenti Donald Trampın girişini qadağan edib.
Muxalifet.az xəbər verir ki, xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə aktyorun özü verib. O bildirib ki, restoranlarında Trampın yemək yeməsinə icazə verməyəcək:
“Nəyi xoşlayıb-xoşlamadığı vecimə deyil. Amma mənim yemək yediyim bir restorana girsə, həmin an oradan uzaqlaşaram. Onun “Nobu” restoranlarında yemək yeməyinə əsla icazə verməyəcəm”
Aktyorun bu açıqlaması ilə bağlı Tramp və Ağ Ev heç bir açıqlama verməyib.
Qeyd edək ki, De Niro 2016-ci ildə keçirilən prezident seçkilərində isə “ O, saxtakardır, axmaqdır və donuzdur” , -deyə Trampı təhqir etmişdi. Daha sonra isə bir neçə dəfə Trampa qarşı sərt fikirləri ilə gündəmə gəlmişdi.