​Məşhur aktyor xərçəngdən öldü

Baxış sayı:
3265

Britaniyalı aktyor Dadli Satton 85 yaşında dünyasını dəyişib. Muxalifet.az xəbər verir ki, bu barədə NME portalı məlumat yayıb. Aktyor uzun illər idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Qeyd edək ki, D.Satton “Tamamən ingilis qətli” filmindən sonra məşhurlaşmışdı. O, 100-dən çox filmlərdə rol alıb.