MƏŞHUR AKTYOR VƏFAT ETDİ - Bu gün xəstəxanaya yerləşdirilmişdi...

Baxış sayı:
12218

Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Əjdər Həmidov vəfat edib.

Bu barədə "Report"a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından məlumat verilib.

Bildirilib ki, aktyor bir neçə gün əvvəl insult keçirib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bu gün xəstəxanada vəfat edib.

Ə.Həmidovun harada dəfn olunacağı hələ məlum deyil.

Allah rəhmət eləsin!