Məşhur aktyor narkotikdən ÖLDÜ

Baxış sayı:
175

90-cı illərdə bir sıra məşhur filmlərdə rol almış aktyor Brayn Tarantina qəfil vəfat edib.

Muxalifet.az xəbər verir ki, aktyor qardaşı oğlunun Nyu Yorkdakı evində dozadan artıq narkotik vasitənin təsirindən keçinib. Onun meyitini evə gələn qardaşı oğlu aşkarlayıb.

Qeyd edək ki, 1984-cü ildə çəkilən və dünya şöhrəti qazanan "Cotton Club" (Qanqsterlər klubu) adlı filmdə rol alan və getdikcə daha da məşhurlaşan Tarantina sonradan "The Sopranos", "Gilomer Girls", "Miami Vice", "Law&Order" və "Blacklist" kimi filmlərdə çıxış edib.