Məşhur aktrisa qəzada həlak oldu - FOTO - VİDEO

Baxış sayı:
3766

Ukraynanın məşhur yumoristlərindən və aktrisalarından biri, "Dizel Şou" yumoristik proqramının iştirakçısı Marina Poplavskaya qəzada həlak olub.
"Dizel Şou"nun kollektivi Lvov şəhərindəki konsertdən qayıdarkən avtobus Kiyev vilayətində qəzaya düşüb. Qarşı hərəkət zolağına çıxan yük maşını "Dizel Şou" kollektivinin olduğu avtobusa çarpılıb.
Ön oturacaqlardan birində əyləşmiş M.Poplavskaya hadisə yerində həlak olub.
"Jitomirli qızlar" ŞHK komandasında iştirakı ilə məşhurlaşmış M.Poplavskaya "Dizel Şou" və "Utro na Troix" proqramlarının ulduzu idi.
Qəzada "Dizel Şou"nun ulduzları Yana Qluşenko və Yeqor Krutoqolov yaralanıblar. Kollektivin digər üzvləri xəsarət alıblar./Milli.Az/