MSDM Azərbaycandakı korrupsiyanın fəsadlarını müzakirə etdi

Bu gün Milli Strateji Düşüncə Mərkəzi (MSDM) “Korrupsioner rejimin milyardları: daxili və beynəlxalq fəsadlar” mövzusunda müzakirələr keçirib.
 
Müsavat Partiyasının qərargahında təşkil olunan müzakirələrdə MSDM-in sədri İsa Qəmbər, istiqlalçı millət vəkili Hacıbaba Əzimov, Müsavat başqanı Arif Hacılı, millət vəkili Arzu Səmədbəyli, professor Almaz Əliqızı və digərləri iştirak ediblər.
İsa Qəmbərin giriş nitqindən sonra məruzə ilə çıxış edən Hacıbaba Əzimov hakimiyyətin korrupsioner siyasətini sərt tənqid edib.