Məsciddə qətliam törədən terrorçunun Trampla bağlı diqqət çəkən sözləri

Baxış sayı:
7324

Yeni Zelandiyadakı Christchurch şəhərində cümə namazı zamanı iki məscidə hücum edilib. Baş nazir Ardern 49 adamın həyatını itirdiyini və 20 adamın ağır olmaqla, 48 adamın yaralandığını söyləyib. Təcavüzkarın sosial mediadan qətliamı canlı yayınlandığı ortaya çıxıb. Polis hücumda 4 adamın iştirak etdiyini və tutulduqlarını söyləyib.
 
Terrorçunun Avstraliya doğumlu 28 yaşında Brenton Tarrant olduğu bildirilib.
Terrorçunun YouTube səhifəsində 70 səhifəlik bir bildiriş yayımladığı ortaya çıxıb.
 
TRAMP-dan DA BƏHS ETMİŞ, İRQÇİ BREİVİKİ TƏRİFLƏMİŞ
 
Terrorçunun hücum manifestində ABŞ prezidenti Donald Tramp da daxildir. Təcavüzkar Trampı “yenilənmiş ağ şəxsiyyətinin və ümumi hədəflərinin simvolu” kimi təqdim etsə də, onu siyasi lider və siyasətçi kimi görmür.
Terrorçu Brenton Tarrant, həmçinin 2011-ci ildə Norveçdə 77 nəfəri qətlə yetirən Anders Behring Breyvik tərəfindən ilham aldığını yazıb.
Müxalifət.az