Məsciddə qətliam törədən terrorçu şikayət etdi

Baxış sayı:
6934

Yeni Zelandiyanın Christchurch şəhərindəki Al Nur və Linwood məscidlərində 50 günahsız insanı qətl edən, 50-ni də yaralayan terrorçu Brenton Tarrant həbsxanada hüquqlarının pozulduğunu önə sürərək şikayət edib.
 
Maksimum təhlükəsiz Auckland həbsxanasınadakı kamerasında məhkəməyə çıxacağı günü gözləyən terrorçu Brenton Tarrant, həbsxanadakı hüquqlarının ona verilmədiyi səbəbiylə Ceza Edam Təşkilatına (Department of Corrections) rəsmi olaraq müraciət edib.
Ceza Edam Təşkilatı və hüquqçular Christchurch-dəki iki məsciddə aralarında qadın, uşaq və yaşlıların da olduğu 50 günahsız insanı qətl edən, 50-i də yaralayan terrorçunun mövcud qanunlara görə, normal məhkumlara göstərilən hüquqlara sahib olmadığını açıqlayıb.
Təşkilatdan adı açıqlanmayan bir vəkil, "Terrorçu davamlı təcrid və nəzarət altındadır. Adi minimum hüquqlara sahib deyil. Bu görə, telefon görüşməsinə və ziyarətçilərə icazə verilmir" deyib.
Digər tərəfdən, radioya açıqlama verən vəkil Maykl Bott, terrorçunun telefon görüşməsinə və ziyarətçi qəbul etməsinə gətirilən qadağanın mövcud qanunlara görə doğru bir qərar olduğunu söyləyib.
Müxalifət.az