Məscid-i Aksa-nın qapılarını niyə bağladılar?

Baxış sayı:
14500

Taha Dağlı – Haber7.com
 
İsrail yenidən Məscid-i Aksa məscidinə qapıları bağlamaq üçün hücum edib. Sonra qapıları yenidən açıb.
Yəni bu nə deməkdir?

14 iyul 2017

İsrail polisi təcavüzkar olduğu iddia edilən Aksa məscidinin həyətində üç fələstinlini öldürdü.
O gün cümə günü idi.
Qısa müddətdə baş verən qırğından sonra Məscid-i Aksa ibadətə bağlandı.
Namaza qısa müddət qalmış Məscid qətliamdan sonra qapadıldı.
Sonra qapıları yenidən açdılar, amma onların qarşısında rentgen cihazları yerləşdirildi. Başqa sözlə desək, bir müsəlman dua etmək istədikdə, X-Ray kabinəsindən keçmək məcburiyyətində qaldı. Fələstinlilər tam 3 həftə müqavimət göstərdilər, nəticədə x-ray cihazları qaldırıldı.
O gün bir milad idi.
Türkiyədən gələn sərt təpkilər, prezident Ərdoğanın israrlı dik duruşu və Qüdsdəki müqavimət təsirini göstərmiş, İsrail geri addım atmış, x-ray qurğuları qaldırılmışdı.
Ancaq bir şey qalıcı hala gətirildi.
O da İsrailin Əl-Aksa Məscidinin qapılarını istədiyi zaman bağlaya biləcəyi idi.
17 avqust 2018-ci ildə İsrail polisi Əl Aksa məscidinin qapılarını bağladı Sonra yenidən açdı.
14 yanvar 2019-cu ildə İsrail polisi Məscidə girmək istəyəndə fələstinlilər təpki göstərdi. İsrail polisi fələstinliləri döydü və məscidi bağladı.
Sonra yenidən açdı.
18 fevral 2019-cu ildə Əl-Aksa-nın mərhəmət qapısı zəncirlə bağlandı. Fələstinlilər zənciri qırdıqda İsrail polisi bəhanə edərək o günə qədər bütün qapıları məscidə bağladı.
Sonra yenidən açdı.
Və dünən.
İsrail polisi "fişəng atıldı” yalanı ilə atəş açdı, Fələstinlilər təpki göstərincə, Fələstinli qadınlar döyüldü. Sonra bir daha məscidin qapıları bağlandı və ibadət qadağan olundu.
Sonra yenidən açdı.
Müxalifət lideri Ariel Şaronun Məscid-i Aksa-nın həyətinə girincə 2000-ci il sentyabrın 29-da Fələstində ikinci Milli Müqavimət hərəkatı başladı.
Başqa sözlə, 19 il bundan əvvəl bir sionistin müsəlmanların ilk qibləsinə girməsi müqavimət hərəkatının başlama səbəbi oldu.
Bəs indi?
2012-ci ildən etibarən sionist qruplar Məscid-i Akasa-ya hər gün hücum edir, mütəmadi olaraq orada ibadət edirlər.
Təsəvvür edin, bir Yəhudi öz sinaqoqlarında deyil, müsəlmanların məscidində ibadət edir.
Bu artıq reallığa çevrildi.
Sira isə məscidin qapılarının bağlanması və ibadətə bağlanmasına gəldi.
Türkiyədən başqa buna təpki verən ölkə yoxdur.
Əl-Aksada bu işə döyülən fələstinlilərdən başqa kimsə bu zülmə müqavimət göstərmir.
Əl-Aksa-nın anlamı Fələstində məscid olmaqdan daha böyükdür. Müsəlmanların ilk qibləsı, üçüncü müqəddəs yeridir.
Fələstinlilər orada İsrail polisi tərəfindən Peyğəmbərin mirasını qoruduğu üçün döyülür.
Əslində, bütün dünya müsəlmanlarının əvəzinə onlar döyülür orda.
Bütün müsəlmanlar Məscid-i Aksa-ya diqqət yetirməli oduğu halda, yalnız o məzlumların çiyninə hər şey yüklənib.
İsrail bütün İslam dünyasına bir mesaj göndərir.
Yəni istədiyim zaman Məscid-i Aksa-nı bağlayar, istədiyim zaman bağalayaram, burda hökm yalnız bizə məxsusdur "deyir.
Əgər bu davam edərsə, İsrail yenidən Aksa məscidinin qapısını sabah yenidən bağlayacaq.
Bəlkə bu dəfə yenidən açılmayacaq.
Hətta açmış olsa belə, Məscid-i Aksa-nı ikiyə bölüb, yarısına sinaqoqa çevirəcəklər.

Hazırladı: Müxalifət.az