Məscid-I Aksa-nın altından qazılan tunel nə anlama gəlir? – Qazıntının şifrələri

Baxış sayı:
11299

Taha Dağlı – Haber7 ABŞ-ın Orta Şərq üzrə xüsusi nümayəndəsi Jason Greenblatt ilə ABŞ-ın İsraildəki səfiri David Friedman İsrailin baş naziri Netanyahunun həyat yoldaşıyla birlikdə, əllərində çəkiclə Məscid-i Aksa-nın yanındakı Silvan səmtinin altında tunel qazıb, bayram mərasimi təşkil ediblər. Ortadakı görünüş maraqlıdır. Amerikalı üst səviyyə iki səlahiyyətli İsrailin işğalı altında olan Qüdsdə Məscid-i Aksa-nın altında tunel qazırlar. Yaxşı, bu nə mənanı verir? İsrail illərdir Məscidi Aksa-nın altında qazıntı işləri aparır. Məqsədləri böyük Yəhudi məbədinin qalıqlarını ortaya çıxarmaqdır. Amma bu günə qədər o aparılan qazıntıya rəğmən Yəhudilərin Məscid-i Aksa-dakı keçmişlərinə dair dəlil tapıla bilinməyib. İsrail isə inadla bu qazıntı fəaliyyətlərini davam etdirir. Heç bir qalıq tapılmasa da, qazıntıya davam etmələrinin səbəbinin isə Məscid-i Aksa-nın təməllərini sarsıtmaq olduğu aşikardır. Qaldı ki, bu məqsədlərinə, burada da “uğurlu” yolda irəlilədikləri deyilə bilər. Çünki Məscid-i Aksa-nın həyətindəki bir neçə nahiyədə balanssız qazıntı işlərinin gətirib çıxardığı dağıntılar meydana gəlməkdədir. ABŞ-ın Orta Şərq üzrə xüsusi nümayəndəsi ilə İsraildəki səfirinin çəkiclə tunel qazmaları da Məscid-i Aksa-nın altındakı qazıntı işləriylə əlaqəli bir hadisədir. Çünki ABŞ-lıların qazıntı etdikləri yer Silvan səmtidir. Silvan Məscid-i Aksa-ya bitişik bir məhəllədir. İsrail Silvanda illərdir Fələstinlilərə aid evləri yıxmaqdadır, Silvanın adını belə dəyişdirib, bəzi yerlərə "City of David" lövhələri asmışdır. Silvan səmtinin altındakı dəhlizlərdən Məscid-i Axsa-ya açılanlar vardır. İsrail ilə ABŞ-lı səlahiyyətlilər Silvandan Məscid-i Axsa-ya uzanan tunellərdə qazıntı çalışması etməkdədir. Bunu da "arxeoloji iş" olaraq adlandırmaqdadırlar. Yəni ABŞ-lı üst səviyyə səlahiyyətlilər İsrailin Məscid-i Aksa-nın altını oymağa, Məscid-i Ağsan-ı dağıtmağa, Məscid-i Aksa-nın yerinə Yəhudi məbədi tikmə layihələrinə şəxsən ortaqlıq etməkdədirlər. Əslində tuneldə qazıntı görüntüsü yaradan o iki ABŞ-lı səlahiyyətliyə yaxından baxınca, İsrail və Sionistlərlə niyə bu qədər yaxın olduqlarını da görə bilərik. Çünki ikisi də Yəhudidir və həm də Sionistdir. Məsələn, keçən həftə “Əsrin Müqaviləsi” adlı Fələstini yox etmə layihəsinin iqtisadi ayağı Bəhreyndə masaya yatırıldı. O yığıncaqda Bəhreynin paytaxtı Manamada bir otel otağında "Böyük İsrail" mahnıları söyləyib, talmud ayini edən Amerikalılar arasında ABŞ-ın Orta Şərq üzrə xüsusi nümayəndəsi Jason Greenblatt da vardı. Greenblatt o ayinlə “əsrin razılaşması” adlı çirkli layihədə Sionistlərin yanında olduğunu elan etmişdir. Digər şəxs isə, yəni ABŞ-ın İsraildəki səfiri David Friedmana gəlincə, Friedman Yəhudi və Sionist olduğu kimi, illərdir Qərbi Şeriyadakı qeyri-qanuni Yəhudi məskunlaşma yerlərində yaşayan bir adamdır. Yəni ABŞ-ın İsraildəki səfiri Fələstin torpaqlarını işğal edən Qərbi Şeriyadakı Yəhudi məskunlaşmaçılardan biridir. Bu iki şəxs uzun bir müddətdir Sionist şəxsiyyətləriylə ABŞ adına Fələstin torpaqlarını işğal cəhdlərini davam etdirməkdədirlər. Hazırladı: Müxalifət.az