​Mərkəzi Kəşfiyyat İdarəsi: İŞİD Türkiyəyə 30 silahlı yollayıb

"Terrorçu İŞİD qruplaşması Türkiyəyə 30 silahlı göndərib".
Türkiyə KİV xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan İstanbulun Atatürk hava limanında törədilən terror aktlarına münasibət bildirərkən deyib.
Qeyd edək ki, iyunun 16-da Senatın Kəşfiyyat üzrə Komitəsindəki çıxışında Con Brennan terrorçu İŞİD qruplaşmasının öz silahlıları və tərəfdarları vasitəsi ilə Qərb ölkələrində terror aktları törədəcəyini söyləmişdi.
O, İŞİD-in Qərb ölkələrində terror hücumları təşkil etməsi üçün istifadə edəcəyi potensial silahlılarının olduğunu bildirmiş, bu terrorçu qruplaşmanın Qərb dövlətlərinə adamlarını qaçqın və ya adi turist kimi göndərə biləcəyini vurğulamışdı.