​Mərkəzi Bankdan yalnız bir bank dollar aldı

Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan virtualaz.org-a verilən məlumata görə, tənzimləyici tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda yalnız 1 bank 10 milyon dollar tələbi ilə iştirak edib və sifarişi tam həcmdə təmin olunub.
APA-nın əldə etdiyi xəbərə görə, Mərkəzi Bankdan 10 mln. dolları alan bank "Azərbaycan Beynəlxalq Bankı" ASC-dir.