​“Məqsədimizə çatana qədər dayanmayacağıq” – ƏRDOĞANIN SÖZÇÜSÜNDƏN SƏRT MESAJ

Baxış sayı:
5650

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın "Barış Pınarı"əməliyyatına dair bəzi ölkələrin "əməliyyatı dayandırın" çağırışına cavab verib. Muxalifet.az xəbər verir ki, sözçü “Twitter” hesabından "məqsədimizə çatana qədər dayanmayacağıq" bəyanatını verib. "Mosul, Rakka, Deyrizzor yerlə bir edilərkən və minlərlə dinc sakin öldürülərkən səslərini çıxartmayanlar bu əməliyyat başlayandan panika içində "əməliyyatı dayandırın" çağırışı edir, Türkiyəni sanksiyalarla təhdid edirlər. Bilsinlər ki, məqsədimizə çatmayana qədər dayanmayacağıq” – deyə Ərdoğanın sözçüsü mesaj verib. Muxalifet.az