Mövlud Çavuşoğlu: “Ermənilər hədəflərinə çatmadılar...”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu uydurma "erməni soyqırımı" mövzusunda danışıb. O, erməni lobbisinin bu məsələdə nəhəng səylər göstərdiyini deyib. Musavat.com-un məlumatına görə, Türkiyə telekanalına danışan nazir bununla belə ermənilərin öz hədəflərinə çatmadığını söyləyib.
“Bizim ölkənin daxilində də onlara kömək edənlər var. Ancaq bu il onların bütün səylərinə baxmayaraq ermənilərin arzusu reallaşmadı”, - deyə Türkiyə XİN başçısı qeyd edib və ilk növbədə tərkibində çoxlu erməni olan kürdlərin Xalqların Demokrat Partiyasına işarə edib.
Çavuşoğlu bir daha parlamentlərin “soyqırım” məsələsinin müzakirəsi üçün məqbul yer olmadığını söyləyib və məsələnin həlli üçün tarixçilərdən ibarət ortaq komissiyanın yaradılmasını təklif edib.
“Putin hansısa bəyanat verdi, ancaq o, Rusiya parlamentindən istədiyini almadı” – deyib Çavuşoğlu və bir daha Ermənistanla sərhədləri açmağın şərtini xatırladıb – Azərbaycan torpaqlarının işğaldan azad edilməsi.