Motosiklet ağaca çırpılıb, KANALA DÜŞDÜ - ÖLÜM

Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 12-də saat 18:00 radələrində Salyan rayonunun Arbatan kəndi ərazisində kənd sakini Nəsimi Xudiyev idarə etdiyi "M" markalı motosikleti yolun kənarındakı ağaca vurub və nəticədə suvarma kanalına aşaraq hadisə yerində ölüb.