"Mosul Bəndi" də PEŞMƏRGƏLƏRDƏN GERİ ALINDI

 İraqda ordu qüvvələri ilə birlikdə döyüşən Şiə milisləri Haşdi Şabi, Mosulun  şərq hissəsindəki bəndin ətrafını tərk etməkdən imtina edən Peşmərglərlə döyüşə girdi.
 
Müxalifət.az-ın bildirdiyinə görə, İraqın Mosul şəhərindəki “Mosul Bəndi” ətrafında Şiə Haşdi Şabi milisləri ilə Peşmərgə arasında çıxan qarşıdurmada 9 adamın öldüyü, 11 adamın yaralandığı bildirildi.
  İttihadiyə polis təşkilatı rəhbərlərindən olan Əli Əkbər el-Hafaci, Anadolu agentliyinə verdiyi açıqlamada, şəhərin şimalındakı “Mosul Bəndində” Şiə Haşdi Şabi milisləri ilə Peşmərgə arasında şiddətli toqquşmalar baş verdiyini deyib.
  Peşmərgənin “Mosul Bəndindən” çəkilməyi və bölgəni Haşdi Şabiye təslim etməyi rədd etdiyini vurğulayan Hafaci, bunun üzərinə Peşmərgənin havaya atəş açaraq etdiyi xəbərdarlıqlara baxmayaraq, Haşdi Şabi bəndə doğru sürətli hücuma keçdiyini qeyd edib.
 Verilən con məlumata görə, İraq ordu birlikləri saatlarla davam edən qarşıdurmaların yaşandığı “Mosul Bəndini”Peşmərgədən geri alıb.
Müxalifət.az