MOSSAD-a yaxın saytdan ŞOK İDDİA: İNCİRLİK BOŞALDILIR

Baxış sayı:
4666

ABŞ-ın həm Qətər, həm də Türkiyədəki İncirlikdəki hərbi bazalarını tədricən boşaltdığı iddiası irəli sürülüb. İsrail kəşfiyyatına yaxın “DEBKA” saytının xəbərinə görə, Vaşinqton, Qətərdəki bazasını Səudiyyə Ərəbistana köçürmək qərarı alıb. İddiaya görə, İncirlikdəki Amerikan təyyarələri və təchizatı da Şərqi Avropadakı bazalarına aparılır.
“Debka”nın hərbi mənbələri söykədiyi xəbərə görə, Pentaqon İncirlik yerinə düşündüyü yerlər arasında Yunanıstanın cənubundakı Andravida da var.
“DEBKA”, ABŞ-ın Hərbi bazasını Qətərdən Səudiyyə Ərəbistanına köçürməsinin İrana bir mesaj olduğunu da vurğulayıb.
Müxalifət.az