Mossad-BƏƏ yaxınlaşması: Danışıqları MOSSAD şefi aparır

Baxış sayı:
6736

 İsrailin xarici kəşfiyyat xidməti Mossad-ın sədri Yossi Kohen-in Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqələri normallaşdırmaq üçün ölkənin rəsmiləri ilə görüşdüyü irəli sürülüb.
 
Israil “Makan” televiziyası İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın sədri Yossi Kohenin Birləşmiş Ərəb Əmirlikləri ilə tam normallaşma prosesi üçün danışıqlar apardığı, iki ölkə arasındakı əlaqələri yaxşı bir səviyyəyə çıxarmağa çalışdığını bildirib.
İsrailin Dubayda keçiriləcək Expo 2020 sərgisinə qoşulmasını təmin edən şəxsin də məhz Mossad sədrinin olduğunu qeyd edən televiziya, Kohenin İsraillə rəsmi diplomatik əlaqəsi olmayan BƏƏ-nin rəsmiləri ilə gizli bir görüş keçirdiyini də irəli sürüb.
Müxalifət.az