MOSSAD AGENTLƏRİ BƏRZANİNİ QORUYACAQ

İsrail, İraq Ordusunun Kərkük əməliyyatından sonra yeni hazırlıqlara başlayıb. Netanyahu hökümətindən Bərzaniyə dəstək açıqlamaları ard-arda gəlir.
 
Açıqca “Bərzanini qoruyacağıq” deyirlər
 
 İsrailin kəşfiyyatının başçısı Yisrael Katz, İraq Ordusunun keçirdiyi əməliyyatlara qarşı bəyanat verib.
 İraqın şimalında Bərzani rəhbərliyinin keçirdiyi referenduma açıq bir şəkildə dəstək olan İsrail, indi də küncə sıxışdırılan Bərzaninin arxasında durmağa davam edəcəklərini deyirlər.
Bölgəyə casuslarını göndərərək PKK və Peşmərgəni koordinasiya edən İsrailin kəşfiyyat naziri Katz, "Şimali İraqda Kürdlərə və onların bölgələrinə zərər verilməsinə imkan verməyəcəyik" deyə, açıqlama verib.
Müxalifət.az