​Moskvaya uçan təyyarənin kapitanı havada infarkt keçirdi

Baxış sayı:
352

Moskvanın “Vnukovo” hava limanına yaxınlaşmaqda olan Suriya aviaşirkətinə məxsus “Airbus” sərnişin təyyarəsinin kapitanı miokard infarktı keçirib. Bununla bağlı təyyarə heyəti yerə SOS siqnalı yollayıb.
Muxalifet.az xəbər verir ki, ikinci pilot təyyarəni özünün yerə endirəcəyi ilə bağlı məlumat verdikdən sonra hava gəmisinin ehtiyat aerodromda deyil, elə “Vnukovo”da enişi barədə qərar qəbul edilib.
Eniş normal şəraitdə həyata keçirilib, sərnişinlər arasında xəsarət alan yoxdur. Təyyarənin kapitanı miokard infarktı diaqnozu ilə Moskva xəstəxanalarından birinə çatdırılıb.
Qeyd edək ki, Suriyadan Rusiya paytaxtına aviareyslər Azərbaycanın hava məkanı vasitəsilə həyata keçirilir.