​Moskvaya kritik səfər - Müharibə planı MÜZAKİRƏ EDİLƏCƏK

Baxış sayı:
537

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) başçısı Hakan Fidan və Türkiyə Silahlı qüvvələrinin Baş qərargahının rəhbəri Hulisi Akar Rusiyaya səfər edib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, yüksək vəzifəli rəsmilər Moskvada Rusiya Silahlı qüvvələrinin Baş qərargahının başçısı Valeri Gerasimovla görüşəcək.
Görüşdə regional təhlükəsizlik məsələləri, Suriyadakı son proseslər, həmçinin Astana və Cenevrə formatları çərçivəsində Suriya münaqişəsinin siyasi nizamlanması müzakirə olunacaq.
 
Daha əvvəl Türkiyə KİV-nin yazdığına görə, Ankara həyata keçirməyi planlaşdırdığı Afrin əməliyyat öncəsi rus hərbçilərinin bölgədən çəkilməsi üçün Moskva ilə danışıqlar aparır.
Son məlumatlara görə, Türkiyə sərhədinə yaxın 3 bölgədəki 61 rus hərbçisi Afrin şəhərinin cənubundakı Minnig hərbi bazasına çəkilib. Ancaq kritik hesab olunan 6 bölgədə 102 rus hərbçisinin hələ də qaldığı bildirilir.