​Moskvaya gedən AZAL təyyarəsi Piterə endi - Səbəb

Baxış sayı:
550

Moskvanın "Vnukovo" hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın J2-830 reysi Sankt-Peterburqun "Pulkovo" hava limanına (LED) uğurlu eniş edib.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən bildirilib ki, təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək.