​Moskvalılar Türkiyə səfirliyinə dəstə-dəstə gül aparırlar

Hurriyyet.org rus mətbuatına istinadən xəbər verir ki, Moskvadakı Türkiyə səfirliyinin binasının yerləşdiyi 7 nömrəli Rostov döngəsinə bu gün səhər saatlarından bəri insanlar dəstə-dəstə çiçək aparırlar. 
İstanbul aeoroportunda baş verən, insanların ölümünə və şikəst qalmasına səbəb olan partlayışlara qarşı heç kim laqeyd qalmayıb. Həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq, şəhər sakinləri diplomatik missiyanın qarşısına al rəngli çiçəklər düzüblər.