Moskvalılar övladlarına müsəlman döyüşçünün adını qoymağa başladı...

Baxış sayı:
337

Ərəb dilindən tərcümədə "sevimli" mənasını verən Həbib adı artıq Rusiya paytaxtındakı ailələr arasında  da getdikcə populyarlaşır.
Moderator.az-ın rusdilli İslam saytlarına istinadla verdiyi xəbərdə belə deyilir. Moskvanın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsindən bildirilib ki, ilin əvvəlindən şəhərdə 26 yeni doğulmuş körpəyə Həbib adı verilib. Belə məlum olur ki, bir çox valideynlər övladlarını qarışıq döyüş sənətlərinin (MMA) hesabında heç bir məğlubiyyəti olmayan məşhur döyüşçüsü Həbib Nurməhəmmədovun şərəfinə bu adla çağırırlar. 
Prezident Vladimir Putin dəfələrlə idmançını qələbələri münasibətilə təbrik edib. Mömin bir müsəlman olan Nurməhəmmədov həm doğma Dağıstanda, həm də Afrikanın ən yoxsul ölkələrində xeyriyyə işlərində, o cümlədən  məktəb və su quyularının inşasında fəal iştirak edir. Bu yaxınlarda o, "qara qitə" də ulduzların iştirakı ilə güləş turnirinin keçirilməsini və toplanacaq bütün pulların xeyriyyə layihələrinə xərclənməsini təklif edib.