​Moskvadan Ankaraya şok ZƏRBƏ

Rusiya Suriyanın yeni konstitusiyasının hazırlanması prosesinə PYD-ni də daxil etmək istəyir.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, noyabr ayında Rusiyanın Soçi şəhərində keçiriləcək danışıqlara PYD də qatılacaq.
Rusiyanın PYD səlahiyyətliləri ilə son 10 gün ərzində 3 dəfə görüşdüyü bildirilir. Xarici agentliklərə danışan PYD-li səlahiyyətli də Soçi görüşünə dəvət aldıqlarını təsdiqləyib.
Türkiyənin Rusiyanın bu addımına necə cavab verəcəyi maraqla gözlənilir. Ankara PYD-ni PKK terror təşkilatının Suriya qanadı hesab edir. ABŞ-ın PYD-yə verdiyi dəstək Ankara və Vaşinqton arasında hazırkı böhranın əsas səbəblərindən biri kimi göstərilir.