Moskvadakı Türkiyə-Rusiya görüşünün səhnə arxası

Baxış sayı:
12538

Türkiyənin Suriyada Fəratın şərqinə yönəlik əməliyyatın keçirilməsi ilə bağlı Moskvada baş tutan kritik müzakirələr ABŞ prezidenti Trampın Suriyadan çəkilmə qərarı alınmasından dərhal sonra baş verdi. Türk heyətinin Moskvaya getdiyi zaman Rusiyanın necə davranacağı ilə bağlı suallar var idi. Ancaq görüşdən sonra bütün bu suallar yox oldu.
 
Görüşün "olduqca yaxşı" keçdiyi hakimiyyət mənbələri tərəfindən təsdiqlənib. Məlumatda "Türkiyənin mövqeyi və niyyətini Rusların dəqiq bir şəkildə anladığı" ifadə edilib. Moskvada terror təşkilatı PKK-nın niyyəti ilə əlaqədar ciddi sual və şübhələr var, ancaq hər iki ölkənin Suriyanın ərazi bütövlüyü ilə düşüncəsi eynidir. ABŞ-ın Suriyadan çıxması ilə Türkiyənin Rusiyayla sahədə qarşı-qarşıya gəlməsini gözləyənlərin xəyal qırıqlığı yaşayacağı da vurğulanıb.
Mövzuyla əlaqədar son bir qeyd .. Terror təşkilatı YPG / PKK ABŞ-ın çəkilmə qərarından sonra hamisiz qalınca Əsəd rejimiylə təmasa keçib və Türkiyəyə qarşı qoruma qalxanı istəyib. Üst səviyyə səlahiyyətlilərdən alınan məlumatlara görə, rejim terror təşkilatına “Təşkilat ləğv olunsun və  orduya qatılsın, beləliklə də bayrağımızı Suriyanın şimalında qaldıraq",  deyə, təklif verib, ancaq terror təşkilatı bunu qəbul etməyib.
Müxalifət.az