Moskvadakı Türkiyə-Rusiya görüşünün bomba detalları ortaya çıxdı

Baxış sayı:
7297

Haber7.com-un müəllifi Mehmet Acet Rusiyanın paytaxtı Moskvada həftənin sonunda keçirilən Rusiya-Türkiyə görüşündə baş verən danışıqlardakı təfərrüatı detalları qələmə alıb.
 
Mehmet Acet-in çox danışılacaq o yazısı;
ABŞ prezidenti Trampın Suriyadan çəkilmə qərarı verməsindən sonra 29 dekabrda Türkiyədən bir heyət yeni vəziyyəti qiymətləndirmə və Rusların nəbzini ölçmə niyyətiylə Moskvaya getmişdi.
Heyət xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, MİT rəhbəri Hakan Fidan və prezident sözçüsü İbrahim Kalın-dan ibarət idi.
Moskvada aparılan danışıqlardan çıxan nəticələr təzəliklə bəlli olmağa başladı.
Əvvəla bir qeyd olaraq belə bir məlumat verək:
Türk heyəti aparılan müzakirələrdən özlərinin də gözləmədiyi dərəcədə yaxşı nəticələr alaraq geri qayıdıb.
Müzakirələr aparılarkən Münbiç məsələsi gündəmə gələndə Türk nümayəndə heyətinin bu şəhərlə bağlı narahatlıqlarını dinləyən Rusların dərhal telefonla Əsəd rejiminin rəsmilərinə zəng etdiyi və "Münbiçə girməyin" dedikləri dilə gətirilir.
Bundan daha önəmlisi isə Türkiyənin əsas hədəf sahəsinə girən Fəratın şərqi ilə bağlı Rusiya tərəfinin nümayiş etdirdiyi yanaşma tərzidir.
 
RUSLAR TÜRKİYƏNİN EHTİMAL BİR ƏMƏLİYYATINA QARŞI ÇIXMAYACAQ
 
Ankaranın əvvəldən bəri təhlükəsizlik qayğılarına haqq verən Rusiya rəsmiləri Türkiyənin bu regiona yönəlik mümkün bir əməliyyatına qarşı çıxmayacaqlarını Türk heyətinin nəzərinə çatdırıblar.
Rusiya rəsmiləri həmçinin, bir hərəkat zamanı Suriya hava məkanının bağlanmayacağı haqda da Ankaraya təminat verib.
Türkiyə müxalif ASO birliklərini də hərəkətə keçirərək sərhəd bölgəsinə ciddi bir hərbi güc toplayır.
Bunun nə mənaya gəldiyini həm ABŞ, həm də Rusiya tərəfinin düzgün şəkildə təhlil etdiyi, Türkiyənin hərbi əməliyyat mövzusunda qərarlı olduğunu dəqiq bir şəkildə fərq edildiyi bildirilir.
Rusiyada aparılan danışıqlarda Fəratın şərqindəki PKK/YPG terror təşkilatı ilə bağlı mövqelər də masada ətraflı bir şəkildə qiymətləndirilib.
YPG-nin ləğvi məsələsində Ruslardan bir etiraz gəlməyib.
Əksinə, Ruslar təhlükəsizlik qayğıları üzündən Türkiyəyə haqq verdiklərini dedilər.
YPG-dən sonra isə iki tərəfin fərqli yanaşmaları var.
Ruslar bu bölgənin bütövlükdə rejimə təhvil verilməsini təklif edərkən, Türkiyə oradakı demoqrafik struktura uyğun olacaq şəkildə təhlükə yaratmayacaq yerli ünsürlərin idarə etməsindən yanadır.
Bununla yanaşı, bütün bu qeyd etdiyimiz məsələlərin ABŞ-ın çəkilmə qərarının praktiki necə inkişaf edəcəyi ilə olan yaxın əlaqəsini gözardı etməmək lazımdır.
Bu aralar Ankarada Vaşinqtondan gələn heyətlərin təmas yolunda bir artım var.
FTB nümayəndələrindən ibarət olan bir heyət FETÖ araşdırması kontekstində danışıqlar aparır.
Bir başqa heyət hərbi rəsmilərlə “Patriot” Hava Müdafiə Raketlərinin satışı üzərində müzakirələr aparır.
Gələn həftənin çərşənbə axşamı günü isə Trampın Milli Təhlükəsizlik müşaviri Con Bolton Ankaraya gələcək.
Bolton ilə keçiriləcək danışıqlardan sonra prezident Ərdoğanın müəyyənləşdirəcək bir tarixdə Rusiyaya gedərək Rusiya prezidenti Putinlə görüşməsi gözlənilir.
Bütün bu diplomatic hərəkətlilik bitdikdən sonra sahədə ciddi bir hərbi fəaliyyət qarşımıza çıxa bilər.
Sərhəd bölgələrinə daşınan hərbi döyüşçülərin daha əvvəl “Fərat Qalxanı” və Afrin hərəkatları ilə nisbətdə daha çox olduğu deyilir.
Bu hədəflənən zəmin yarandığı təqdirdə Türkiyənin hərəkətə keçəcəyinin bir siqnalı olaraq görülə bilər.
Hazırladı: Müxalifət.az