​Moskvada yenə ticarət mərkəzində YANĞIN - Yaralılar olması ehtimal edilir

Baxış sayı:
4018

Moskvada ticarət mərkəzlərinin birində yanğın hadisəsi baş verib.
Trend-in məlumatına görə, yanğın "Persey dlya detey" ticarət mərkəzində qeydə alınıb.
Fövqəladə xidmətdən verilən məlumata görə, alov ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən anbarda başlayıb.
Hazırda ticarət mərkəzində olan bütün heyət təxliyə edilir.
Xəsarət alanların olduğu ehtimal edilir.