Moskvada utanc mənzərəsi

Baxış sayı:
5341

Kamal Öztürk – Yeni Şafak
 
Rusiyanın paytaxtı Moskvada Əfqanıstanda sülhün təmin olunmasına yönəlik təşkil olunan iki günlük görüşdən əks olunan bir fotoşəkli “Yeni Şəfəq”-in müəllifi Kamal Öztürk öz bugünkü köşəsinə daşıyıb.
 
Əfqanıstanda sülhün təmin edilməsi üçün bəzi Əfqan siyasətçiləri ilə Taliban nümayəndələri Moskvada bir araya gəlib. Görüşlər zamanı qarşı tərəflərin birlikdə namaz qıldığı foto diqqət çəkib. Bu şəkildən irəli gələn utanc mənzərəsini “Yeni Şəfəq”in müəllifi Kamal Öztürk, "Rüsvayçılığın şəkli" başlıqlı köşəsində təsvir edib.
1980-ci illərdə Əfqanıstanın Rus işğalına qarşı başlatdığı cihada dəstək üçün edilən yardımlara toxunan müəllif, "Öldürürdük. Ailəmin qadın, kişi, bütün üzvləri bazarda, evdə, müxtəlif işlərdə dolana bilmək üçün çalışardı. Və bu kasıb ailə eynilə digər kasıb dindar ailələr kimi, sırğalarını, üzüklərini,  bilərziklərini, əllərində toplanmış nə varsa, göz yaşları içində Əfqan cihadına bağışlayardı. Rus işğalına qarşı Əfqanlı mücahidləri belə dəstəkləyirdik" deyə yazıb.
Rusiyanın çəkilməsindən sonra mücahid qrupların bir birilə ixtilafa düşdüyünü, müsəlman qətli üçün fətva verildiyini xatırladan müəllif, Əfqan cihadının əsl qardaş qətliamı ilə uduzduğunu qeyd edib.
Əfqanıstandakı daxili müharibənin vurduğu zərərin Rus işğalından daha çox zərər verdiyini ifadə edən Öztürk, yazısını belə tamamlayıb:
Əfganıstanda digər mücahid qrupunun öldürülməsinə verilən fətvalar, dünyada digər Müsəlmanların öldürülməsində də istifadə edilmişdir. Hamısı İslamı istismar etmiş, təhrif etmiş və çirkli əməllərinə alət etmişdir.
 
GÜNAHI, QALMAQALI VƏ CİNAYƏTİ PƏRDƏLƏMƏ ŞƏKLİ
 
 Bu gün Əfqanıstanın içində olduğu vəziyyəti heç kim danışmaq istəmir. Çünki narkotik, uşaq istismarı, homoseksualizm, cinayət, adam qaçırma, fidyə, rüşvət, xərac, terror, cəhalət, yoxsulluq, yəni xaos o qədər artmışdır ki, danışılanda insanın üzü qızarır.
Ölkə bu halda ikən bu qalmaqala səbəb olan aktyorlar bir vaxtlar ölkələrini işğal edən Rusiyanın paytaxtında guya camaatla namaz qılaraq görüntü verir! Xəcalətin şəklidir bu. Namazı törətdikləri cinayətlərə, rəzalətə pərdə edirlər. Olanlar budur".
Müxalifət.az