​Moskvada ticarət mərkəzlərində terror qorxusu

Rusiyanın paytaxtı Moskva şəhərində terror xofu hələ də yaşanmaqda davam edir.
Muxalifet.az xəbər verir ki, bu dəfə Moskvada bomba olması ilə bağlı 4 ticarət mərkəzində çaşqınlıq yaşanıb.
Daxil olan zənglərə əsasən Qallovinski şosesində yerləşən Voda Ticarət Mərkəzində, Mərkəzi Administrasiya dairəsində yerləşən Afimoll şəhəri, Qərbi Administrativ Dairədə yerləşən Tramplin və Qərbi Administrativ Məhəlləsində yerləşən Kuntsevo Plazaya hüquq-mühafizə orqanları cəlb edilib. Ticarət mərkəzindəki insanlar təxliyə ediliblər. Axtarışlar nəticəsində ticarət mərkəzlərinin heç birində partlayıcı maddə aşkar edilməyib.
Qeyd edək ki, sentyabrın 11-dən başlayaraq Moskva şəhərində hər gün terror olacağı barədə xəbərlər verilir. Anonim xəbərlərdə yalandan partlayıcı maddələrin qoyulması bildirilir. Bu səbəbdən indiyə qədər 200 minə yaxın insan evakuasiya edilib. Ümumilikdə 700 obyektdə yoxlama işləri aparılıb. Moskva rəhbərliyindən bildirilib ki, bu günə qədər yalançı terror xəbərlərinə görə, ümumilikdə 300 milyon rubl zərər dəyib. Bundan başqa, minlərlə insan mənəvi və psixoloji sarsıntı keçirib.