Moskvada ticarət mərkəzi yanır: 3 min insan...
8-10-2017 20:56
Rusiyanın paytaxtı Moskvanın “Sindika” ticarət mərkəzində baş verən güclü yanğın səbəbindən 3 min insan təxliyə edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Bölgəyə giriş qadağan edilib.
Yanğının söndürülməsi üçün helikopterlər əraziyə göndərilib.
Yanğının səbəbinin bəlli olmadığı deyilir.
Hadisə zamanı xəsarət alan olmayıb.