​Moskvada Roqozinin mənzili atəşə tutuldu

Moskvada Rusiyanın baş nazirinin birinci müavini Dmitri Roqozinin Starovolinski küçəsində “Blijnyaa daça” yaşayış kompleksində yerləşən mənzili pnevmatik silahdan atəşə tutulub.
Muxalifet.az-ın xəbərinə görə, məlumatı Life nəşrinə hüquq-mühafizə orqanlarında təsdiqləyiblər.
Rusiya Daxili İşlər Nazirliyində insidentlə bağlı araşdırma aparılır.
İlkin məlumata əsasən, hadisəni yetkinlik yaşına çatmayan şəxslər törədiblər. Faktla bağlı hələlik heç kim saxlanılmayıb.