​Moskvada ofis binasında YANĞIN - 300 NƏFƏR TƏXLİYƏ OLUNDU

Moskvanın şimalında ofis mərkəzində yanğın baş verib.
Trend-in məlumatına görə, yanğın səkkiz mərtəbəli binanın ikinci mərtəbəsində başlayıb.
Hadisə ilə əlaqədar binadan 300-ə yaxın adam təxliyə olunub.
Bir müddət sonra yanğının qarşısını almaq mümkün olub.
Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma başlayıb.