Moskvada növbəti etiraz aksiyası - 600 nəfər saxlanıldı

Baxış sayı:
2749

Bu gün Moskvanın mərkəzində razılaşdırılmamış növbəti aksiya keçirilib. "Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, aksiyada 1500 nəfər iştirak edib. Onlardan təxminən 600 nəfəri saxlanılıb. Yerli hüquq-mühafizə orqanları Tversk küçəsinə toplaşan aksiya iştirakçılarını asayişi pozmamağa və dağılışmağa çağırıb. Qeyd edək ki, iyulun 27-də Moskvada müxalifətçi namizədlərin bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq icazəsiz aksiya keçirilməsinə başlanılıb. Həmin vaxt kütləvi mitinqdə təxminən 3500 nəfər iştirak edib.