​Moskvada məktəblər boşaldıldı, dərslər dayandırıldı

Moskvanın mərkəzində 7 məktəbin şagird və müəllim heyəti təxliyə olunub. Trend-in məlumatına görə, buna səbəb yenə paytaxt fövqəladə xidmətinə "bomba qoyulması" haqqında anonim zəngin daxil olması olub.
Anonim zənglərdən sonra məktəblər dərhal təxliyə edilib, ərazilər nəzarətə götürülüb.
Hazırda məktəbdə mütəxəssislər tərəfindən axtarışlar aparılır.
Qeyd edək ki, obyektlərə bomba qoyulması haqqında anonim zəng dalğası sentyabrın 11-dən başlayaraq bütün Rusiya ərazisində qeydə alınıb.