​Moskvada kütləvi DAVA: azərbaycanlılar yaralandı - YENİLƏNİB - VİDEO

Baxış sayı:
7063

Moskvada baş verən kütləvi dava zamanı xəsarət alanlar azərbaycanlılardır.
“Veçernaya Moskva” nəşri bununla bağlı məlumat yayıb. 
İnsident zamanı küt alətdən və travmatik tapançadan istifadə edilib. 
Yaralıların heç biri polisə şikayətçi olmayıb. Bu səbəbdən insidentin araşdırılması çətinləşib. 

12:53

Moskvanın cənub-şərqində kütləvi dava baş verib. Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı xəbər verilir.
Bu haqda TASS hüquq mühafizə orqanlarından olan məlumatlı mənbəyə istinadən informasiya yayıb.
Münaqişə Beloreçenskaya küçəsi, ev 6 ünvanında qeydə alınıb.
“1968-ci il təvəllüdlü kişi qarın nahiyəsindən iki güllə yarası alıb. Başqa üç nəfər bıçaq yaraları ilə xəstəxanaya daxil olub”, - deyə Rusiya DİN Moskva baş idarəsinin mətbuat xidmətindən bildirib.
İnsidentlə bağlı istintaq başlanılıb.
Bu arada, ötən gecə həmdə Moskvanın şəhərkənarı Şebansevo kəndində yerləşən kafelərin birində odlu silahla müşayiət olunan dava düşüb.
İlkin informasiyaya əsasən, kafenin sahibi ilə 8 Mart bayramını qeyd edən kampaniya müştərilər arasında mübahisə düşüb. Atışmada 3 nəfər, o cümlədən, kafenin sahibi güllə yarası alıb.
“Atəş açan şəxsin kimliyi müəyyən edilib”, - deyə polis idarəsinin məlumatında deyilir.