​Moskvada killer erməni əsilli biznesmenin başından dörd güllə vurdu – VİDEO

Moskvanın mərkəzində Novoslobdskaya küçəsində erməni əsilli Georgi Akapdjanovun qətlə yetirilməsinin görüntüləri yayılıb.
Muxalifet.az-ın Vesti.ru-ya istinadən xəbərinə görə, 1979-cü il təvəllüdlü G.Akapdjanovun başından dörd güllə vurulub.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, killer qurbanını izləyib və avtomobildən çıxan kimi ona atəş açaraq qətlə yetirib.
Rusiya KİV G.Akapdjanovun biznesmen olduğunu yazırlar.
Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi açılıb, araşdırma aparılır.