Moskvada iki elektrik qatarı toqquşub

Baxış sayı: 48

Xəsarət alanların sayı dəqiqləşdirilir
 
Moskvada Kursk dəmiryol vağzalı ərazisində iki elektrik qatarı toqquşub.
TASS xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyi hadisənin baş verdiyini təsdiqləyib.
Nazirlikdən bildirilib ki, xəsarət alanların sayı dəqiqləşdirilir.
Qəzadan sonra sərnişinlər təxliyyə edilib.