​Moskvada ermənilərlə taciklər arasında kütləvi dava

Moskvanın Kantemirovsk küçəsində 20-dən Ermənistan və Tacikistan vətəndaşı arasında kütləvi dava olub.
AzVision.az “360” telekanalına istinadən xəbər verir ki, insident nəticəsində bir nəfər xəsarət alıb. Ona hadisə yerində yardım edilib.
Davada iştirak edən iki Tacikistan, iki Ermənistan və bir Gürcüstan vətəndaşı saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.