Moskvada ermənilərlə kütləvi dava: yaralılar var

Moskvada tikinti sahələrinin birində miqrant işçilər arasında kütləvi dava baş verib.
 
Davada 40-a yaxın adam iştirak edib.
Moskva polisi bildirib ki, dava iki tikinti briqadası arasında qeydə alınıb. Dava iştirakçıları Özbəkistandan və Ermənistandan gəlmiş miqrantlar olub.
Tərəflər bir-birinə kürək, armatur və iri çəkiclərlə hücum ediblər. Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.
 
Münqişənin damdan atılan zibil üstündə baş verdiyi bildirilib. Hazırda insidentlə bağlı araşdırma başlayıb./trend.az