​Moskvada dəhşətli qasırğa: ölən və yaralananlar var

Baxış sayı:
352

Moskvada qasırğa nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, Rusiya paytaxtının meri Sergey Sobyaninin Tvitter səhifəsində yerləşdirdiyi ilkin məlumatda Moskvada aprelin 21-də baş vermiş qasırğa nəticəsində 7 nəfərin, o cümlədən 3 uşağın yaralandığı bildirilirdi. Uşaqlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Saniyədə 30 metr sürətlə əsən külək yüzlərlə ağacı kökündən çıxarıb.
Son məlumata görə, yaralananların sayı 20-yə çatıb, iki nəfər isə həlak olub.
Hazırda Moskvada və Moskva ətrafında hava təhlükəsizliyinin “narıncı” səviyyəsi hələ də saxlanılır. Gecə saatlarında havanın soyuyacağı, sulu qar yağacağı gözlənilir.