Moskvada azərbaycanlının evinə silahlı basqın - 5 MİLYONUNU APARDILAR

Baxış sayı:
7314

Noyabrın 1-də beş soyğunçu Moskvanın Yuxarı sahələr küçəsində yerləşən 17 mərtəbəli binada yaşayan azərbaycanlının evinə basqın ediblər.

Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Moskva" agentliyi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, hücum edənlərdən biri 1975-ci il təvəllüdlü kişiyə travmatik tapançadan iki dəfə atəş açıb. Soyğunçular azərbaycanlının 5 milyon rublla dolu çantasını oğurlayaraq yoxa çıxıblar.

Zərərçəkən güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Hücum edənlərdən biri tez bir zamanda polis tərəfindən tutulub.

Polis Cinayət Məcəlləsinin 162-ci maddəsinin 6-cı bəndinin 4-cü hissəsinə əsasən quldurluq faktı ilə cinayət işi açıb.