Moskvada azərbaycanlı ticarətçi faciəvi şəkildə öldü - FOTO

Baxış sayı:
532

Moskvada azərbaycanlı sahibkar dəm qazından boğuldu

Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan azərbaycanlı sahibkar şəxsi avtomobilində dəm qazından boğularaq ölüb.

Əslən Salyan rayonundan olan 49 yaşlı Ağalar Sovet oğlu Cəbrayılov səhər işə gedərkən qarajda olan “VAZ-2106” markalı avtomobilini işlək vəziyyətdə saxlayaraq, çıxmaq üçün qapının ağzına yığılmış qarı təmizləyib və yenidən maşına qayıdarkən salona toplanmış dəm qazından boğularaq dünyasını dəyişib.

Ağalar Cəbrayılov 22 ildi ki, Moskva şəhərində yaşayaraq bazarlardan birində ticarətlə məşğul idi. O, bu günlərdə Azərbaycana dönməyi planlaşdırırmış. Elə bu məqsədlə 2 azyaşlı oğlunu və həyat yoldaşını Azərbaycanda ata yurdu olan Salyan rayonuna göndəribmiş.

Mərhumun nəşi Azərbaycana gətirilərək dünən torpağa tapşırılıb.(Virtualaz.org)