Moskva yaxınlığında istilik elektrik stansiyasında YANĞIN: 7 nəfər xəsarət alıb - YENİLƏNİB / VİDEO

Baxış sayı:
1431

Mıtişa İstilik Elektrik Mərkəzindəki yanğın nəticəsində 7 nəfər xəsarət alıb.

RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Встроенное видео

 

В районе Осташковского шоссе (Мытищи) сильный пожар, горит Северная ТЭЦ

 
 

*   *   *13:37

Moskva vilayətində yerləşən Mıtişi rayonunda “Severnaya” İstilik Elektrik Mərkəzində yanğın baş verib. Məlumatı “Gazeta.ru” yayıb.

Şahidlərin sözlərinə görə, partlayış səsləri də eşidilib.

Bildirilib ki, “Severnaya” İstilik Elektrik Stansiyasında yanğın olub. Bu stansiya Moskva vilayəti Mıtişi şəhər dairəsinin Çelobitevo kəndində yerləşir. Onun yaxınlığında “İyun” ticarət mərkəzi də var.

Hadisənin başvermə səbəbləri araşdırılır.