​Moskva Xaçaturovla bağlı məlumatı təsdiqlədi

Baxış sayı:
2788

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun Rusiya paytaxtına gəldiyi və öz səlahiyyətlərinin icrasına başladığı təsdiq edilib.
Muxalifet.az xəbər verir ki, məlumatı təsdiqləyən KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov Xaçaturovun bu gündən işə başladığını söyləyib.
Qeyd edək ki, Xaçaturov 2008-ci il martın 1-də Ermənistan silahlı qüvvələrinin İrəvan qarnizonunun komandanı olduğu vaxt konstitusiya quruluşunu pozub və etiraz aksiyası zamanı insanların qətlə yetirilməsinə rəhbərlik edib. KTMT-nin baş katibi həbs edilib, sonra girov müqabilində və istintaqla əməkdaşlıq etməsi şərti ilə azadlığa buraxılıb. Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, Xaçaturovun həbsdən azad edilməsi Moskvanın kəskin bəyanatlarından sonra baş verib.