Moskva vilayət məhkəməsində atışma olub, ölən və yaralananlar var

Məhkəmə binası tam evakuasiya edilib
 
Moskva vilayət məhkəməsində atışma olub, ölən və yaralananlar var.
Bu barədə RİA "Novosti"yə vəkil Sofiya Rubasskaya məlumat verib.
Vəkil bir neçə yaralı gördüyünü, azı 20 atəş səsi eşitdiyini qeyd edib.
Öz növbəsində, Moskva vilayət məhkəməsinin mətbuat katibi Nataliya Osipova məhkəmə binasında olanların tam evakuasiya edildiyini, bütün iclasların təxirə salındığını bildirib. Amma o, baş verən insidentin səbəbini dəqiqləşdirə bilməyib.
Xəbərdə məhkəmə binasının iclas zalında mühakimə olunan 11 nəfərdən 4-nün öldüyü bildirilir.