​Moskva və Vaşinqton yenidən dialoqa başlayıb - Lavrov

Baxış sayı:
3745

Moskva və Vaşinqton arasında terrorla mübarizə dialoqu yenidən başlayıb.
Muxalifet.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O, həm Rusiyanın, həm də Vaşinqtonun mənafeyinə uyğun olan bölgələrdə ABŞ-la birgə işlədiklərini bildirib:
“Ordularımız arasında terrorla mübarizə dialoqu uzun müddətdən sonra yenidən başlayıb. Suriyadakı qarşıdurmaların qarşısını almaq mexanizmi aktiv və səmərəli şəkildə işləyir. Suriyada problemin həllinə istiqamətlənmiş siyasi mövzular haqqında da dialoq qurulub”.
Rusiya XİN başçısı ABŞ-ın təşəbbüsü ilə Əfqanıstan və Koreya yarımadası ilə bağlı müzakirələr aparıldığını deyib. O, həmçinin kosmosda da əməkdaşlığın davam etdirildiyini bildirib.
Lavrov iki ölkə arasında dialoqun daha da inkişaf edəcəyi qənaətində olduğunu söyləyib.