​Moskva və Vaşinqton Suriya ilə bağlı dialoqa başladı

Baxış sayı:
3331

Rusiya və ABŞ Suriyadakı vəziyyətlə bağlı dialoqa başlayıb.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının müdafiə komitəsinin sədri Vladimir Şamanov bildirib.
“ABŞ silahlı qüvvələrinin qərargah rəisləri komitəsinin rəhbərliyi ilə birbaşa dialoq qurulub.  Müttəqiflərimiz, türkiyəli həmkarlarımız vasitəsilə kommunikasiyalar yoxlanılır və NATO ilə dəqiqləşdirilir”, - deyə o bildirib.