​“Moskva və Tokio arasında danışıqlar gedir” — Mariya Zaxarova

Yaponiyanın xarici işlər naziri Rusiyaya səfərə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyini mətbuat katibi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Yaponiyanın xarici işlər naziri Taro Kono Rusiyalı həmkarı Sergey Lavrov ilə görüşəcək.
“Hazırda iki ölkə arasında danışıqlar aparılır. Danışıqlar Yaponiyanın xarici işlər naziri Taro Kononun Rusiyaya səfərinə hazırlıq ərəfəsində vacib nüansları həll etmək üçün gərəkir. Yaponiyanın xarici işlər naziri Taro Kono Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüş zamanı iki ölkənin iqtisadi əlaqələri müzakirə olunacaq. Görüşün məqsədi də məhz budur”, - deyə Mariya Zaxarova bildirib.